Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub

Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub
İclasda Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni təyin olunmuş direktorunun adı açıqlanıb. SİA-nın xəbərinə görə, Klinikaya yeni direktor təyin olunmuş Musayev Surxay Novruz oğlu 1974- cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1989 – 1992 illərdə Moskva Tibb Akademiyasının uşaq xəstəlikləri kafedrasında doktoranturada olmuş və tibb elmləri doktoru alimlik dərəcəsi üçün dissertasiya müdafiə edib. 1992-ci ildən bu günə kimi ATU-da I-ci uşaq xəstəlikləri kafedrasında professor vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə