Yeni vahid resept blank forması qısa müddətdə ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılacaq

Yeni vahid resept blank forması qısa müddətdə ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılacaq
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub.

Yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim-aptek-əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə