Nazirlik sözçüsü: “Gələcəkdə də fəaliyyətində nöqsanlara yol verən səhiyyə işçiləri vəzifəsindən uzaqlaşdırılacaqlar”
Bütün dövlət strukturlarında olduğu kimi, Səhiyyə Nazirliyində də korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində mühüm işlər görülür. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, kollegiya iclasından sonra aparılan yoxlamalar nəticəsində 21 nəfər səhiyyə müəssələrinin rəhbəri işdən azad olunub, 54 nəfərə- səhiyyə işçilərinin rəhbərlərinə şiddətli töhmətlər verilib. Onun sözlərinə görə, bundan əlavə, Bakı şəhəri 24 səhiyyə müəssisəsinə nazirliyin məsul işçiləri təkim olunub ki, onlar stasionar xidmətlərdə yaranan problemli vəziyyəti yerində araşdırsınlar: "16 böyük şəhər və rayonların mərkəzlərinə Səhiyyə Nazirliyinin struktur bölmələrinin məsul işçiləri təhkim olunub. Səhiyyə Nazirliyinin "Qaynar xətt"i daha da təkmilləşdirilib.
"Qaynar xətt" yenidən təkmilləşəndən sonra gün ərzində daxil olan şikayətlərin sayına gəlincə, nazirlik rəsmisi vurğulayıb ki, hər gün 30-40 məlumat daxil olur: "15-20-si real hadisələrlə bağlıdır. O birilər isə sorğu xarakteri daşıyır. Qalan suallar isə səhiyyə xarakteri daşıyır və xəstəxanalara qəbul olunmaqla bağlıdır. Hələlik statistika budur. Şikayətlərin əsasən hansı ərazilərdən, şəhərlərdən və ya bölgələrdən daxil olması barədə isə hələ ki, dəqiq statistika yoxdu. Yəqin ki, bu nəticələr bir aya qədər hazır olar. Onu deyə bilərəm ki, məlum tapşırıqlardan sonra "Qaynar xətt"ə daxil olan müraciətlərin sayında aktivlik müşahidə olunur".
A.Qədirli bu işlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib. O bildirib ki, müəssisələrdən, səhiyyə strukturlarından hansısa bir siqnal və ya problemli vəziyyət haqqında məlumat daxil olursa, bu nazirlik tərəfindən araşdırılır və tədbirlər görülür. Bunun daimi bir proses olduğunu deyən nazirlik rəsmisi qeyd edib ki, bu işlər həmişə, daimi həyata keçiriləcək. Bu istiqamətdə araşdırmaların aparıldığını deyən A.Qədirli qeyd edib ki, gələcəkdə fəaliyyətində nöqsanlara yol verən səhiyyə işçilərinə töhmət verilə bilər və onlar tibb fəaliyyətindən uzaqlaşdırıla da bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB