Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq rezidenturaya qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və bütün istiqamətlər üzrə, o cümlədən müalicə işi və pediatriya, stomotologiya, tibbi biologiya, tibbi profilaktika istiqamətləri üzrə qəbul proqramları hazırlanıb.
Bütün qeyd olunan istiqamətlər üzrə həm baza fənlərindən, həm də ixtisas fənləri üzrə test modelləri də hazırlanıb. Həmin materiallar martın 15-dək jurnal şəklində dərc olunacaqdır.
Qeyd edək ki, Rezidenturaya qəbul imtahanının 2011-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB