Bu gün YAP Gənclər Birliyində “Debat klubu”nun açılışı olub. SİA-nın verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən YAP Gənclər Birliyini ofis rəhbəri Fərid Nəsibov qeyd edib ki, Yeni Azərbaycan Partiyası daim yenilənib, daim inkişaf edib və öz möhkəmliyini bunun nəticəsində qoruyub saxlayıb.
"Bu gün biz Debat klubunun fəaliyyətinə start veririk. Əvvəllər polemikalar daha fərqli platformalarda aparılıb. İndi isə həmin proseslər zamanın tələblərinə uyğun olaraq sosial müstəvidə aparılır. Bizim bu layihəni həyata keçirməkdə məqsədimiz isə gənclərimizin daha sağlam və savadlı şəkildə polemika aparmaq qabilliyyətini inkişaf etdirməkdir", - deyə F.Nəsibov bildirib.
Daha sonra YAP Qaradağ rayon Gənclər Birliyinin sədri, "Debat klub" layihəsinin rəhbəri Seyid Məmmədzadə çıxış edərək bildirib ki, layihə YAP Gənclər Birliyinin pilot layihəsidir: "Bu layihədə bizim əsas məqsədimiz ondan ibarətdir ki, gənclərimizin asudə vaxtlarını düzgün dəyərləndirsin, gənclərimiz hər hansı mövzu ətrafında müzakirə etmək qabiliyyətini artırsın və baş verən proseslərdə düzgün analiz etmək qabiliyyətini inkişaf etdirsin. Müraciət edənlərin sayı çoxdur, ilkin mərhələ üçün müsahibədən 50 nəfəri keçirmişik və bu gənclərlə layihəmizə başlamışıq. Belə ki, "Debat klub" layihəsinin əsas hədəflərindən biri də debatın müxtəlif formatları haqqında gənclərimizə təlimlər keçməkdir. Həmin formatlardan Linkoln-Duqlas, Karl Popper və Parlament debatlarını misal göstərə bilərik. Əsas məqsədimiz gənclərimizə həmin debat formatlarına uyğun təlimlər keçmək və həmin formatlara uyğun olaraq gənclərimizin bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət göstərməkdir".
Tədbir çıxışlarla davam edib.
Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB