Görkəmli şərqşünas alimin xatirəsi yad edilib FOTO

Təhsil müəssisəsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunmuş şagird elmi-praktik konfransı keçirilib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, "Şagirdlər tanıdır" layihəsi çərçivəsində təşkil olunan konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinin ürəklərdə əbədi yaşadığını, əsərlərinin hər zaman actual olduğunu, tədqiq edildiyini, tərcümə olunduğunu və yenidən işıq üzü gördüyünü vurğulayıblar. Bildirilib ki, yaradıcılığında əsasən ərəb məhcər ədəbiyyatını tədqiq və təhlil edən Aida xanım bu sahədə olan uğurları ilə şərqşünaslıq elminə bir sıra yeniliklər gətirib. Bu uğurlar Şərq və Qərb mədəniyyətləri arasında dialoqun yaradılmasına xidmət edib.

"Şagirdlər tanıdır" layihəsi çərçivəsində məktəblərin “Kiçik akademiya” üzvləri görkəmli şərqşünas alim, filologiya elmləri doktoru Aida İmanquliyevanın həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarını nümayiş etdiriblər.

Konfranfsda görkəmli şərqşünasın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə