Pol Klemetson: “Tələbələr Azərbaycanda öyrəndiklərini İngiltərədə daha da təkmilləşdirəcəklər”
British Council Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin genişlənməsi üçün fəaliyyət göstərir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında British Councilin Azərbaycan nümayəndəliyinin direktoru Pol Klemetson deyib. O bildirib ki, təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir. Bunun mədəniyyət, təhsil və digər sahləri əhatə etdiyini deyən P.Klementson vurğulayıb ki, bütün bunların sayəsində iki ölkə arasındakı əlaqələr daha da genişlənir. Onun sözlərinə görə, Azərbaycan Dillər Univerisiteti British Councilin dəyərli portnyorudur və bunu çox yüksək qiymətləndiririk.
"Bu Azərbaycanla Böyük Britaniya universitetləri arasındakı birinci əməkdaşlıq proqramıdır. 4 il davam edəcək proqram bakalavr diplomuna yönəlib. Tələbələr 2 ili Azərbaycanda təhsil alacaq, son iki ildə isə təhsillərini Böyük Britaniya universitetində davam etdirəcəklər. Bu ilk öncə tələbələr üçün çox önəmli olacaq, çünki onlar Azərbaycanda öyrəndiklərini sonradan İngiltərədə daha da təkmilləşdirəcəklər. Təbii ki, Azərbaycan üçün çox faydalı proqramdır. Tələbələr orada təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdacaq və burada aldıları bilikləri tətbiq edəcəklər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB