Səməd Seyidov: “Azərbaycan diplomlarının xaricdə birbaşa tanınması ilə əlaqədar hələ çox işlər görmək lazımdır”
Azərbaycan təhsil sistemində gedən proseslər dünya standartlarına uyğun və onlarla eyni istiqamətdə gedən proseslərdir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, Azərbaycanda ikili diplomların verilməsi yeni bir ənənə deyil. Onun sözlərinə görə, universitetin artıq Fransa ilə həm bakalavr, həm də magistratura səviyyəsində ikili diplomların verilməsi mövcuddur.
"Bu Azərbaycanda ikili diplomlar istiqamətində bir neçə universitetin gördüyü işlərdir. Lakin əminəm ki, təhsil sitemində gedən islahatlar və Azərbaycanın Avropaya inteqrasiyası gələcəkdə Azərbaycanda verilən diplomların birbaşa Avropada tanınması məsələsini gündəmə gətirəcək. Bu gün Azərbaycan Boloniya prosesi istiqamətində çox işlər görür, eyni zamanda ali məktəblərdə Avropa və dünya dəyərləri çox yüksək səviyyədə təbliğ olunur. Bu istiqamətlərdə görülən işlər ona gətirib çıxaracaq ki, Azərbaycanda ali məktəblər tərəfindən verilən diplomlar dünyada, ilk növbədə Avropada tanınacaq".
Rektor univerisitetin verdiyi diplomların Fransada, İtaliyada, Türkiyədə və başqa ölkələrdə tanındığını deyib. Bunun ancaq ikili standartlar səviyyəsində olduğunu deyən S.Seyidov vurğulayıb ki, burada universitetlə imzalanan müqavilələr əsasında tanınan müqavilələrdən söhbət gedir. Onun fikrincə, Azərbaycan diplomlarının xaricdə birbaşa tanınması ilə əlaqədar olaraq hələ çox işlər görmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB