Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) 23 tələbəsi təhsillərini Böyük Britaniyanm nüfuzlu Esseks Universitetində davam etdirəcək. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010-cu il oktyabrm 10-da ADU ilə Esseks Universiteti arasmda imzalanan müqavilə çərçivəsində baş tutacaq səfərə universitetin 1 saylı İngilis dili fakültəsindən 18, 2 saylı İngilis dili fakültəsindən 3, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsindən isə 2 tələbə yollanacaq.
Sözügedən müqavilənin şərtlərinə əsasən, tələbələr Dillər Universitetində I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri də nəzərdə tutulub. Təhsilini Esseks Universitetində davam etdirmək istəyən tələbələrin ingilis dili bilikləri yüksək səviyyədə yoxlanılıb və onlarm Böyük Britaniyaya getməsinə razılıq verilib. Onu da bildirək ki, Esseks Universitetində azərbaycanlı tələbələrə dərs deyəcək müəllimlər dünyanm bir çox nüfuzlu ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olublar.
Fevralm 28-də ADU-da Böyük Britaniyaya yola düşəcək tələbələr və onlarm valideynləri ilə görüş keçiriləcək.
Görüşdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Böyük Britaniyanm Azərbaycandakı səfıri Peter Bateman, universitetin professor-müəllim heyəti, həmçinin tələbələrin valideynləri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB