Naxçıvan Müəllimlər İnstitutunun tələbələri pedaqoji təcrübə keçəcəklər

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri pedaqoji təcrübə keçəcəklər

Naxçıvan Müəllimlər İnstitutunda 2019-2020-ci tədris ilinin birinci semestrdəki pedaqoji təcrübənin başlanğıc konfransı olub. SİA xəbər verir ki, institutun prorektoru Azad Novruzov son illər ölkəmizdə təhsil sahəsində tətbiq olunan yeniliklərdən danışıb, təşkil edilən pedaqoji təcrübələrin əhəmiyyətindən söz açıb. Tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından zəruriliyini vurğulayan prorektor, eyni zamanda elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov tələbələrə yaradılan müasir imkanlardan hərtərəfli istifadə etməyi, məktəblərdəki təcrübəli müəllimlərin iş metodlarından layiqincə faydalanmağı tövsiyə edib.

Qeyd edək ki, institutun, ümumilikdə, 53 tələbəsi 4 ümumtəhsil müəssisəsində 8 həftəlik pedaqoji təcrübədə olacaqlar. Pedaqoji təcrübənin yekununda qiymətləndirilmə aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə