Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı elmi simpozium keçiriləcək

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı elmi simpozium keçiriləcək
Oktyabrın 2-dən 3-dək AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilən beynəlxalq elmi simpozium keçiriləcək. SİA muzeyə istinadən bildirir ki, Azərbaycan, Türkiyə, İran, Niderland, Rusiya alimlərinin iştirak edəcəkləri beynəlxalq tədbirdə müxtəlif mövzularda 30-dan çox elmi məruzə dinləniləcək. Simpoziumda Əhməd bəy Ağaoğlunun Azərbaycanda və Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı və s. barədə müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə