Fevralın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Nəsimi rayon Məşğulluq Mərkəzi Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan IV kurs tələbələri üçün məşğələ keçib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məşğələdə iş axtarmağın, işə düzəlməyin metodologiyası və texnologiyası barədə geniş bəhs edilib.
Tədbirdə çıxış edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev məşğulluq mərkəzlərinin iş tapmaqda mühüm rol oynadığını bildirib. Nəsimi rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Elgün Əliyev əmək bazarı, əmək bazarında ixtisas və peşələr, işəgötürənlərin peşə və ixtisaslara olan tələbi, ixtisas və peşələrin gələcək prespektivləri haqqında tələbələrə məlumat verdi. İş tapmaqda bir sıra prosedurlardan keçməyin vacibliyini vurğulayan aparıcı məsləhətçi bu sahədə müsahibə mərhələsinin mühüm əhəmiyyət daşıdığından danışıb. Ekspert tələbələrə müsahibəyə psixoloji cəhətdən hazırlaşmağı tövsiyyə edib.
Nəsimi rayon Məşğulluq Mərkəzinin məsləhətçisi Ramilə Cabbarova isə çalışdığı qurumun əsas fəaliyyət istiqamətlərindən danışıb. R. Cabbarova Məşğulluq Mərkəzində keçirilən kurslar və bunun əhəmiyyəti barədə tələbələrə məlumat verib. Onun sözlərinə görə, mərkəzdə müxtəlif peşə istiqamətləri üzrə 1-3 aylıq kurslar təşkil edilir. Məsləhətçi kursları bitirənlərə müvafiq diplomlar verildiyini qeyd edib.
Qeyd edək ki, bu tipli məşğələlərin digər fakültələrin tələbələri üçün də keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB