İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək FOTO
Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək.
Təhsil İdarəsindən SİA-ya verilən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur.
Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaq.
İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Daha sonra həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB