1982-ci ildə ADPU-nun pedaqoji kollektivinin sıralarına uzun qara hörüklərini arxaya atmış, çatmaqaşlı, boylu-buxunlu bir müəllimə də qoşuldu. Həlim görkəmli, utancaq məsum baxışları ilə əyalət qızlarını xatırladan bir gənc müəllimənin ilk baxışdaca nəzərə çarpan xarakterik keyfiyyəti onun mehribançılığı və ünsiyyətcilliyi idi. Məhz bu xüsusiyyətinə görə də, kollektivə tez isinişdi, qaynayıb-qarışdı. Dərs dediyi tələbələrinə az bir vaxtda yol tapdı. Onların sevimlisinə çevrildi.
Tədris etdiyi "Azərbaycan dili və onun tədrisi metodikası" fənnini ümumi ixtisas fənləri içərisində bütün tələbələrin fəal maraq obyektinə çevirə bildi. O vaxtlar həmin fənni yüksək səviyyəli peşəkar müəllimlər aparırdılar. Pəri müəllimə onların hamı tərəfindən qəbul edilən avtoriteti və nüfuzu qarşısında xofa düşüb, özünü itirmədi. Əksinə, özünü, necə deyərlər, oda-közə vurdu, onlardan geri qalmadığını sübuta yetirdi. Dünya ədəbiyyatı klassikləri ilə hərtərəfli tanışlığı yüksək bədii-estetik zövqü, geniş mütaliə dairəsi, habelə, yaşına uyğun olmayan pedaqoji ustalığı tezliklə onu diqqət mərkəzinə çevirdi. Pedaqoji və metodiki şuraların yığıncağında, ədəbiyyat fənn birləşməsində öz fənninin ayrı-ayrı mövzularının tədrisini metodikasına dair, habelə, özünün iş təcrübəsi ilə bağlı məruzələri onun müəllimlik peşəsinə çox möhkəm bağlandığını təsdiq etdi. İctimai işlərdə də özünü bacarıqlı və təşkilatçı tədris prosesinə dərindən bələd olan bir təhsil işçisi kimi göstərə bilmişdir. Ümumiyyətlilik insanın vacib keyfıyyətlərindəndir.
Bu keyfiyyət təlim-tərbiyə prosesində bir önəm daşıyır, çünki tədrisdə hər şeyi quru didaktika, cansız və rəsmi münasibətlər üzərində qurmaq səmərə vermir. Pəri müəllimədə ünsiyyətçillik məziyyəti çox güclüdür. Məhz bunun nəticəsidir ki, o, hamı ilə, hətta ipə-sapa yatmayan tələbələrlə belə tezliklə dil tapmağı, ünsiyyətə girməyi bacarır. Buna görə də, Pəri müəllimə 3 aprel 1954-cü ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1972-ci ildə ADPU (APİ) Filologiya fakültəsinə daxil olmuş və 1976-cı ildə ali məktəbi bitirmişdir. Uzun müddətdir ki, ADPU-da çalışır, taleyini bu ali təhsil müəssisəsinə bağlamışdır. Ailəlidir, iki övladı var. Ona bu şərəfli işində çox böyük uğurlar arzulayıram.
Quliyeva Taisə Sarı qızı,
ADPU-nun ingilis dili kafedrasının baş müəllimi, əmək veteranı
Pərini gözləyirik
Bu gün əziz günümüzdü,
Yolumuzda dağdı-düzü.
Qızıl rəngli, qızıl üzlü,
O Günəşi gözləyirik.
Günəş təkdir bu dünyada,
Pəri bir bəzək bu dünyaya.
Ömrümüzün səhəridir,
Tez gəl səhər, gülümsə dan,
Pəri Şəmsi gözləyirik.
Mürgüləyib yatır duman,
Bizimlə rəqs edir zaman.
Tez gəl səhər, gülümsə dan,
Bir Pərini gözləyirik.
Pəri təkdir bu dünyada,
O bir bəzək bu dünyaya.
Ömrümüzün səhəridir,
Tez gəl Pəri, həm gülümsə,
Bu millət səni gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB