2011-2012-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə qəbul imtahanlarının I mərhələsinin nəticəsi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, TQDK 2011-ci il fevralın 20-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.
Ümumilikdə 26 binada təşkil olunmuş imtahan saat 14:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılıb.
Nəticələr 2011-ci il fevralın 22-də saat 18:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.
İmtahanda iştirak etmək üçün 16510 bakalavr qeydiyyatdan keçib (Ötən il bu rəqəm 15362 olub), onlardan 356 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 19 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunublar.
Qəbul imtahanının I mərhələsinin nəticələrinə görə, ixtisaslaşma seçimi cədvəlinə uyğun İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən az olmayan bakalavrlar seçə bilərlər. İxtisaslaşma seçimi cədvəlinə uyğun TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən az olmayan bakalavrlar seçə bilərlər.
İxtisaslaşma seçimi cədvəlinə uyğun ATM istiqamətinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər. İxtisaslaşma seçimi cədvəlinə uyğun HSM istiqamətinə daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.
Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2011-ci il fevralın 23 - dən 26-dək apellyasiya komissiyası tərəfindən baxılacaqdır.
Qeyd edək ki, "İxtisaslaşma seşimi cədvəli" Magistr jurnalının 3-cü sayında yaxın günlərdə dərc olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB