Şahin İsmayılov: “Hazırda elə bir vəziyyət yaranıb ki, hər hansı bir tələbənin ixtisası üzrə kifayət qədər biliyi varsa, o, özünə uyğun iş tapa biləcək” - MÖVQE
"Dövlət proqramına əsasən il ərzində tələbələrimiz dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Eyni zamanda, öz hesablarına xaricdə təhsil almağa gedən gənclərimiz də var. Bu gün xaricdə oxuyaraq ölkəyə qayıdan tələbələrlə bağlı müəyyən problemlər var". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri Şahin İsmayılov deyib. O bildirib ki, bəzən gənclərimizin kiçik bir qismi Azərbaycanda iş tapmaqda müəyyən çətinliklər çəkirlər. Onun sözlərinə görə, bu da ümumi fonda elə görünür ki, xaricdə təhsil alan tələbələr burada iş yerləri tapa bilmir və ya ixtisaslarına uyğun işləyə bilmirlər.
Ş.İsmayılov vurğulayıb ki, hazırda elə bir vəziyyət yaranıb ki, hər hansı bir tələbə öz ixtisasının bilicisidirsə və ya ixtisası üzrə kifayət qədər biliyi varsa, istər dövlət, istərsə də qeyri-dövlət strukturlarında özünə uyğun iş tapa biləcək: "Təbii ki, bu sahədə də müəyyən problemlər olur. Ancaq unutmayaq ki, iş olan yerdə problemlər yaranır. Əminəm ki, qısa vaxt ərzində mövcud olan problemlər aradan qalxacaq və Azərbaycan gəncliyi öz ölkəsinə layiqincə xidmət edə biləcək".
Əmək haqları məsələsinə gəlincə, ittifaq sədri təbii ki, Azərbaycanla Avropanı müqayisə etdikdə, orada bizdən qat-qat daha artıq əmək haqqı alırlar. Onun sözlərinə görə, oranın şəraitinə uyğun olaraq qiymətlər də Avropa da yüksəkdir: "Təbii ki, bu istiqamətdə də ölkədə müəyyən işlər görülür. Misal olaraq deyim ki, birinci kursda oxuyanda 14 manat təqaüd alırdıqsa, bu gün əlaçılar 85 manat təqaüd alır. Bu məsələlər daim cənab prezidentin diqqətindədir və ölkədə hər zaman əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına doğru addımlar atılır. Düşünürəm ki, qısa vaxt ərzində bu görülən işlərin bəhrəsini görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB