Türkiyəli professor Hikmet Özdemir ADU-da olub

Türkiyəli professor Hikmet Özdemir ADU-da olub

Fevralın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Türkiyəli professor Hikmet Özdemirin "1915-ci ildən erməni fəaliyyətləri" mövzusunda mühazirəsi dinlənilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, türkiyəli professor Hikmet Özdemir və ADU-nun tələbə və müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qonağı tədbir iştirakçılarına təqdim edib. Sonra çıxış edən professor Hikmet Özdemir türk –erməni münasibətlərindən, ermənilərin azərbaycanlı və türk nazirlərə qarşı etdikləri sui - qəsdlərdən danışıb. O, ermənilərin əsrlər boyu türklərə qarşı düşmənçilik siyasəti apardığını qeyd edib .

Türkiyəli professor ermənilərin belə qanlı hadisələri törədərkən insanlığa zidd bütün çirkin vasitələrdən istifadə etdiklərini bildirib. Buna əyani sübut olaraq professor Hikmet Özdemir erməni vəhşiliyini əks etdirən tarixi fotoşəkillərdən ibarət slayd nümayiş etdirib.

Tədbir sonunda professor tələbələrin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə