Nazir müavini: “Misirdə təhsil alan tələbələrimizin əksəriyyəti vətənə qayıdıblar”
Misirdə təhsil alan tələbələrimizin hamısı vətənə qayıdıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov bildirib. O vurğulayıb ki, dövlət xətti ilə ərəb ölkələrində, xüsusilə də Misirdə tələbələrimiz təhsil alır: "Lakin oradakı məlum hadisələrlə bağlı prezidentimizin xüsusi tapşırığı ilə Qahirəyə xüsusi reys göndərilib və səfirliyimizin köməkliyi ilə dövlət və qeyri- dövlət xətti ilə təhsil alan tələbələrimizin əksəriyyəti vətənə geri qayıdıblar. Oradakı hadisələr səngiyənə qədər tələbələrimiz ölkəmizdə qalacaqlar. Sevindirici hal odur ki, oradakı tələbələrimizin heç birinə heç nə olmayıb. Baxmayaraq ki, səfirliyimizin bir əməkdaşı orada həlak olub".
"Hazırda Misirdə təhsil alan tələbələr vətəndədirlər. Baş vermiş hadisələr səngidikdən sonra onlar təhsil aldıqları universitetlərə qayıdacaqlar. Onu da qeyd edim ki, dövlət xətti ilə digər ərəb ölkələrində təhsil alan tələbələrimiz yoxdur. 20-ə yaxın tələbə var ki, onlar da Qahirə universitetində təhsil alırlar",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB