Qərbi Kaspi Universiteti və İsveçrənin UBİS Universitetinin əməkdaşlığı çərçivəsində daha 6 tələbə UBİS Universitetinin diplomunu aldı.
Bir neçə gün öncə Qərbi Kaspi Universitetində onlayn şəkildə tələbələrin buraxılış işlərinin müdafiəsi təşkil edildi. Buraxılış işi və onun müdafiəsi UBİS Universitetinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi.
Ötən həftə sonu isə tələbələrimiz diplomlarını əldə etdilər. Onlardan biri ikili diplom proqramı üzrə hər ikin universitetin diplomunu, digərləri isə UBİS Universitetinin diplomunu və Qərbi Kaspi Universitetinin "Uğurla tamamlama" sertifikatlarını aldılar.
Qeyd edək ki, bu proqram ölkəni tərk etmədən UBİS Universitetinin magistr diplomunu almağa imkan verir, 2016-cı ildən etibarən iki universitet bu və ikili diplom istiqaməti üzrə uğurla əməkdaşlıq edir.
Qeyd edək ki, UBİS Universitetinə qəbul müsahibə yolu ilə Qərbi Kaspi Universitetində aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB