Həkimlərin növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə keçiriləcək
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanı keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 16-da mikrobiologiya ixtisası üzrə keçirilən imtahanda 20 həkim iştirak edib.
Sertifikasiya imtahanlarının ikinci-müsahibə mərhələsindən bu günə kimi üç ixtisas üzrə imtahan keçirilib. Mama-ginekologiya, anesteziologiya-reanimatologiya, dermatovenerologiya ixtisasları üzrə keçirilən müsahibədə iştirakçıların hər biri uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB