49 min abituriyent ixtisas seçimi edib

49 min abituriyent ixtisas seçimi edib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, bu gün saat 11:25-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 13952, II ixtisas qrupu üzrə 11525, III ixtisas qrupu üzrə 14786, IV ixtisas qrupu üzrə 3680 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4925 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə