Vilayət Vəliyev ATU-nun rektoru təyin edilib SƏRƏNCAM

Vilayət Vəliyev ATU-nun rektoru təyin edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, V.Vəliyev 1960-cı ilin martın 28–də anadan olub. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

V.Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə