Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş bakalavrların nəzərinə!

Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş bakalavrların nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il fevralın 20-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir.

SİA-nın məlymatına görə, imtahanın birinci mərhələsində iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş bakalavrlar 2011-ci il fevralın 15-dən etibarən internetdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün Bakalavrın imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər.

Buraxılış vərəqəsində bakalavrın hansı şəhərdə, binada imtahan verəcəyi qeyd olunub. Buna görə də onlar buraxılış vərəqəsində göstərilmiş məlumatlarla diqqətlə tanış olmalıdırlar.

Bakalavrlar buraxılış vərəqəsi ilə yanaşı "Bakalavrın yaddaş kitabçası"nı da çap edə bilərlər. Burada bakalavrlara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə