DİM Direktorlar Şurasının sədr müavini Xaçmazda vətəndaşları qəbul edəcək
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev avqustun 2-də saat 11:00-da Xaçmazda şəhərində (ünvan: Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyinin inzibati binası, Heydər Əliyev prospekti, 2) vətəndaşları qəbul edəcək. DİM-dən SİA-ya bildirilib ki, qəbulda Xaçmaz, Quba və Şabran rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Xaçmaz regional bölməsinə müraciət etmələri xahiş olunur.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB