"Namizədlər arasında 3 nəfər maksimal bal toplayıb" - Nazir müavini

"Namizədlər arasında 3 nəfər maksimal bal toplayıb" - Nazir müavini

"Müəllimlərin bu ilki işəqəbul imtahanlarında 41 288 namizəd iştirak edib. Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib. Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib". SİA-nın məlumatına görə, bu sözləri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların yekunlarına həsr olunan mətbuat konfransında deyib. Nazir müavini qeyd edib ki, müsabiqədə təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar. Uğur qazanan namizədlər arasında 3 nəfər maksimal bal (60 bal) toplayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə