Müayinələr nəticəsində 6 uşaqda bakterial meningitin törədiciləri aşkar edilib
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında 5 yaşa qədər 50 uşaqdan götürülən onurğa beyni mayesi laboratoriya müayinəsindən keçirilib. Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib O bildirib ki, müayinələr nəticəsində 6 uşaqda bakterial meningitin törədiciləri aşkar edilib.
Azərbaycanda bakterial meningitlər üzərində epidemioloji kəşfiyyat nəzarəti davam etdirildiyini deyən direktor müavinin sözlərinə görə, 2010-cu ilin yanvar ayından başlayan, Səhiyyə Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional bürosunun dəstəyi ilə həyata keçirilir. V.Abdullayev vurğulayıb ki, epidemioloji nəzarətin təşkili Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının və Ə.Qarayev adına 2 nömrəli Uşaq xəstəxanasının bazalarında təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB