Bu gün və sabah IX və XI sinif şagirdləri mərkəzləşdirilmiş sınaq buraxılış imtahanı verir
Bu gün paytaxt məktəblərinin XI sinif şagirdləri mərkəzləşdirilmiş sınaq buraxılış imtahanı verir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı SİA-ya bildirib ki, sınaq imtahanında XI sinif şagirdləri səkkiz fənn üzrə biliklərini sınayacaqlar.
O qeyd edib ki, sabah isə Bakı məktəblərində IX sinif şagirdləri üçün ilk mərkəzləşdirilmiş sınaq buraxılış imtahanları keçiriləcək. Onun sözlərinə görə, IX sinif şagirdləri mərkəzləşdirilmiş qaydada iki fəndən imtahan verəcəklər. İmtahanların nəticələrinin yaxın günlərdə açıqlanacağını deyən Z.Əliqızı vurğulayıb ki, şagirdlərin ilk mərkəzləşdirilmiş sınaq imtahanında göstərdikləri nəticələr iyunda keçiriləcək buraxılış imatahanlarına öz təsirini göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə