"Panarmenian" agentliyinin məlumatına görə, Norveçin "Aftenposten" qəzetinin dərc etdiyi materiallarda İrandan Cənubi Qafqaz vasitəsilə Rusiya və Avropaya narkotik daşımalarına aiddir. Yazıda bildirilir ki, İrandan Qara dəniz regionuna narkotik Dağlıq Qarabağ ərazisi və Ermənistandan keçməklə daşınır.
Yüksək rütbəli erməni məmurları narkoticarət və istehsalla məşğuldur
Materialda Ermənistanın yüksək rütbəli məmurlarının, həmçinin ilk prezidenti Levon Ter-Petrosyanın İrandan narkotik daşımalarından gəlir götürdüyü də qeyd olunur. Ermənistanın güc strukturlarında çalışan yüksək rütbəli məmurlar narkotik maddələrin qaçaqmalçılığına qurşanıb. "Jamanak" qəzeti yazır ki, bu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları erməni əsilli ABŞ vətəndaşını saxlayıb. Ondan 42 min ədəd ekstazi tableti və 0,5 kiloqram heroin götürülüb.
Araşdırma nəticəsində məlum olub ki, bu həcmdə narkotik maddənin ölkədən ixracının arxasında Ermənistanın güc strukturlarında çalışan yüksək rütbəli məmurlar dayanır. Məlumata görə, hazırda polis məsələyə şəxsən prezident Serj Sarksiyanın müdaxilə etməsini gözləyir. Xatırladaq ki, bu günlərdə Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçatryanın da adı narkotik və silah alverində hallandırılmağa başlayıb. Məlumata görə, bununla bağlı Rusiyada qaldırılmış cinayət işində məhz qubernatorun da adı keçir.
Maraqlıdır ki, ölkə əhalisinin acından qırıldığı bir vaxtda erməni rəhbərlər qlobal narkoticarətə qoşulub milyonlar qazanır. Azərbaycanın işğal edilmiş ərazilərindən narkotik ticarət və əkinlər üçün yararlanan, dünya xalqlarını zəhərləyən ermənilər utanmadan hələ bir yalan da danışırlar.
BMT ekspertlərinin Qarabağda araşdırma aparmasına erməni hakimiyyəti nədən razı olmadı?
Bu cür məlumatlar Ermənistanda hamının diqqət mərkəzinə düşüb. Əslində, erməni məmurlarının narkotik maddələrin alveri ilə məşğul olması və ya bu mafiyanı himayə etməsi sirli məsələ deyil. Çünki hələ xeyli öncədən məlum idi ki, Azərbaycanın işğal altında olan torpaqlarında geniş plantasiyalara sahib olan erməni məmurlar bu yolla külli miqdarda pullar qazanmağa çalışırlar.
Hətta bununla əlaqədar olaraq Azərbaycan tərəfi BMT qarşısında məsələ də qaldırmışdı ki, onların ekspertləri Qarabağda araşdırma aparsınlar. Lakin həmin vaxt Ermənistan hakimiyyətinin nümayəndələri buna imkan vermədilər. Bir neçə il öncə erməni mətbuatı ilə yanaşı, bəzi Qərb nəşrləri belə bir məlumat yaymışdılar ki, bəs Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da narkotik alverində əli var. Hətta o da iddia olunurdu ki, Köçəryanın vaxtaşırı İrana səfər etməsinin başlıca məqsədlərindən biri də oradakı narkomafiya başçıları ilə görüşüb, işlərini yoluna qoymaqdır.
Erməni narkomafiyası münaqişənin sülh yolu ilə həllinə maneə yaradır
Bir qədər öncə Almaniyada nəşr olunan "Bild" jurnalında getmiş bir məlumatı da xatırlatmaq yerinə düşərdi. "Bild" Əfqanıstandan İrana, oradan da Avropaya uzanan böyük bir narkotik tranziti barədə dərc etdiyi məqaləsində işğal altında olan Azərbaycan torpaqlarını mərkəz olaraq göstərir. Həmin məlumatda deyilir ki, Qarabağın işğal altında olması və nəzarətsiz ərazilərə çevrilməsi erməni narkobaronlara sərf edir. Hətta o da vurğulanır ki, Qarabağın nəzarətsiz qalmasında maraqlı olan qüvvələr, həmin münaqişənin həll edilməsinin qarşısını almaq üçün pullar xərcləməkdən çəkinməyəcəyini istisna etməyib.
Beləliklə, erməni narkmafiyasının Rusiya və Avropanı zəhərlədiyi faktı ortadadır. Dağlıq Qarabağ və Ermənistandan Avropaya narkotiklərin daşınmasında bilavasitə Sarkisyanın və qardaşının əli var. Yəni, bu monopoliyadır və ölkə rəhbərliyinin əlindədir. Dünya birliyi də bunu bilir. Deməli tədbir görmək vaxtıdır. Dünya güc mərkəzləri Ermənistan hakimiyyətinə münaqişənin həllində təzyiq göstərməlidirlər. Əks halda daha çox zərər görəcəklər. Çünki, işğal altında olan ərazilərdə yaranmış durum təkcə regiona deyil, demək olar ki bütün dünyaya təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB