Paytaxt məktəbilisi Budapeştdə qızıl medala layiq görüldü

Paytaxt məktəbilisi Budapeştdə qızıl medala layiq görüldü

Paytaxt məktəbinin builki məzunu Budapeştdə dünya məktəbliləri arasında keçirilən kombat oyunlarında uğura imza atıb.

Təhsil İdarəsindən SİA-ya veilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin builki məzunu Fərid Ağayev Budapeştdə keçirilən yarışlarda karate idman növü üzrə qızıl medala layiq görülüb, diplomla təltif edilib.

Qeyd edək ki, Fərid Ağayev 2009-cu ildən - 7 yaşından karate ilə məşğul olur. O, yeniyetmələr arasında İsveçrə və Fransada keçirilən Avropa çempionatlarında 2 dəfə I yerə, Xorvatiyada keçirilən Qran pri, Gənclər liqası və Dünya Çempionatında müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə