İmtahanların cavabı nə vaxt açıqlanacaq?

İmtahanların cavabı nə vaxt açıqlanacaq?

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün iyulun 7-də keçirilən imtahanların nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə