Müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Müsabiqəyə 52 mindən çox namizəd sənəd verib

Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat bu gün başa çatır. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 24-dən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 52 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 50 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-ü saat 23:59-da başa çatacaq.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com