Masallıda təhsilin uğurları və qarşıda duran vəzifələr müzakirə olunub

Masallıda təhsilin uğurları və qarşıda duran vəzifələr müzakirə olunub

Masallı Rayon Təhsil Şöbəsinin 2018-2019-cu tədris ilində rayon ümumtəhsil məktəblərinin təlim nəticələrinin müzakirəsi ilə əlaqədar növbəti Şura iclası keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, iclasda Masallı rayon ümumtəhsil məktəb rəhbərləri, fənn müəllimləri və gənc könüllülər qrupunun üzvləri iştirak edilib.

İclası giriş sözü ilə Masallı Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açiq elan edib.
Şurada təlim nəticələri zəif olan məktəblərin, eləcə də təlim nəticələri yüksək olan məktəb rəhbərlərinin hesabatları dinlənilib. Masallı RTŞ-nin böyük məsləhətçiləri Qoşqar Hətəmov və Kamal Tarıverdiyevin arayışları əsasında davamlı olaraq, zəif nəticə göstərən məktəblərin son illərdəki təlim nəticələri müqayisəli təhlil olunub. Qasımlı, Öncəqala, Yeddioymaq 1 saylı, Qarğalıq, Boradigah 2 saylı, Masallı şəhər 6 saylı tam orta məktəblərin fənn müəllimləri nöqsanları yaradan səbəblər haqqında məlumat veriblər.

İşdə olan nöqsanlar, təlim nəticələrinin zəifliyinin səbəbləri və onların aradan qaldırılması yolları araşdırılıb.
Nəticələri davamlı olaraq yüksək olan Masallı rayonunun Bala Kolatan kənd tam orta, Çayqıraq kənd ümumi orta məktəblərinin rəhbərləri və fənn müəllimləri qazanılan uğurların yollarından danışıblar.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı fikirlərini söyləyib. Eyni zamanda bildirib ki , məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial rifah halının yaxşılaşdırılması Cənab Prezidentin daim diqqət mərkəzindədir. Bu diqqət və qayğı biz müəllimləri həm sevindirir, həm də məsuliyyətimizi artırır.

Pedaqoji əməkdaşlıq məsələlərinə toxunan T.Əkbərov bildirib ki, məktəblər arasında, eləcə də ayrı-ayrı fənn müəllimləri arasında pedaqoji əməkdaşlıq ümumi işimizə xeyir verər və təlim nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət edər.

Masallı Rayon Təhsil Şöbəsininmüdir müavini Samit İslamov öz çıxışında ÜM-2 hesabatı haqqında məlumat verdi.

İclasda gənc nəslin təlim – tərbiyəsində qazanılan uğurlara görə RTŞ-nin əməkdaşları Münəvyar Əzimova və Toğrul Talıbzadə RTŞ-nin fəxri fərmanları ilə təltif olunublar.

Sonda Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov dərs ilinin bitməsi münasibətilə iştirakçıları təbrik edib və növbəti dərs ilinə hazırlıq barədə tövsyələr verib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə