Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun - Milli Qurtuluş günü” qeyd olunub. Universitetdən SİA-ya verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışının qeyd olunduğunu deyib: “Bu bayramın adı ilə mahiyyəti üst-üstə düşür. Bizim tələbələrimizə həmin günlərin ab-havasını təqdim etmək o qədər də asan deyil. Çünki bu, artıq inanılmaz bir hal kimi qəbul edilə bilər. 1990-cı ildən sonra Azərbaycanın müstəqilliyə doğru başına gələn müsibətlər və bu istiqamətdə Azərbaycanı bataqlığa, uçuruma doğru addımların atılması onu göstərdi ki, bütün millət, xalq bu ağır vəziyyətdən çıxmaq yollarını axtarır. Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə gətirilməsi bütün xalqın ən ümdə arzusu idi.
Həmin dövrlərdə xalq Ulu öndərin gəlişini gözləyirdi. Və Heydər Əliyev gəldi, Azərbaycanı uçurumun önündən qaytardı. İlk səfərləri hərbi hissələrə oldu, qarşı-qarşıya duran insanları sakitləşdirdi, onun nüfuzu, hörməti Azərbaycanın bütöv şəkildə xaotik vəziyyətdən çıxmasına kifayət etdi. Heydər Əliyevin hakimiyyəti dövründə bir çox qayıdışları olub. Ulu öndərin ən möhtəşəm qayıdışı Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz onun simasında Ulu öndərin yenidən Azərbaycan hakimiyyətinə qayıdışını, dəst-xəttini, ruhunu, nəfəsini günbəgün görürük, hiss edirik. Elə düşünürəm ki, Azərbaycan vətəndaşı bugünkü rahatlığa, əhval-ruhiyyəyə, ölkənin bugünkü inkişafına, rifahına görə Ulu öndərə minnətdardır və minnətdar olaraq qalacaqdır. Onun qayıdışı millətimizi xilas yoluna çıxardı, ölkəmizin bu cür addımlamasına şərait yaratdı. O zamanlar Bakıda asudə şəraitdə gəzmək qeyri-mümkün idi. Heydər Əliyev bunun çıxış yolunu tapdı, addım-addım, səbrlə Azərbaycan həqiqətlərini dünyaya tanıtdı. Azərbaycan ətrafında həmin zamanlarda süni məngənə yaradılırdı. Bunun qarşısını alan və buna ilk növbədə zərbə vuran məhz Heydər Əliyev oldu. Biz ona bu gün, sözün həqiqi mənasında, səmimi qəlbdən minnətdar olmalıyıq. Universitetimiz bu vəfa borcunu həyata keçirir, biz hər addımımızda onun adına, tövsiyələrinə, nəsihətlərinə layiq olmağa çalışırıq. Hamınızı bu bayram münasibətilə təbrik edirəm”.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev Azərbaycanın inkişaf yolunda Ümummilli lider Heydər Əliyevin xidmətləri haqqında fikirlərini bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



