Qonaqlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xüsusi razılıq və dəstəyi ilə yanvar 31-dən ölkəmizdədir. SİA-nın xəbərinə görə, Çexiya Respublikasından gələn 3 cərrah-ortoped Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əsasən iri oynaqların (süni oynaqlarla əvəz olunması) əməliyyatlarının icrasında iştirak edirlər.
Mürəkkəb əməliyyatların icrasında yardım etmək məqsədi ilə onlarla xəstə müayinə olunmuş və ehtiyacı olanlara cərrahi əməliyyatlar ediliblər. Bu günə olan məlumata görə, artıq 6 xəstə üzərində dövlət hesabına alınmış inplantlarla həm yerli, həm də çexiyalı cərrahlar tərəfindən əməliyyat aparılıb. Əməliyyatlar uğurla başa çatıb.
Qonaqların Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutundakı fəaliyyəti bununla kifayətlənmir. Belə ki, onlar həmçinin İnstitutunda iri oynaqların artroplastikasına həsr olunmuş elmi-praktik konfranslarda da iştirak edirlər. Konfransda oynaqların artroplastikası sahəsində müasir dövrdə dünyada tətbiq edilən yeniliklər müzakirə olunur, mövzu ətrafında fikir mübadiləsi aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB