Fevralın 4-də Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, "Gürcüstan və Azərbaycan Dostluq Evi"nin rəhbəri Qiuli Alasaniya Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olacaq.
ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Q. Alasaniya və onu müşayiət edən nümayəndə heyəti universitetin rektoru Səməd Seyidovla, eləcə də universitetin professor-müəllim heyəti ilə də görüşəcək.
Qeyd edək ki, Q. Alasaniya Beynəlxalq Qara Dəniz Universiteti, Gürcüstan Dövlət Universiteti və Gürcüstan Universiteti ilə əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB