8 ixtisas üzrə keçirilən sertifikasiya imtahanında 170 həkim iştirak edib

8 ixtisas üzrə keçirilən sertifikasiya imtahanında 170 həkim iştirak edib
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin yanvar ayında 8 ixtisas üzrə imtahan keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfər (92%) uğurlu nəticələr əldə edib.

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilən 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə-müsahibəyə buraxılacaqlar. Növbəti revmotologiya ixtisası üzrə imtahan fevralın 2-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə