“Azərbaycan dili” vəsaitinin bəzi hissələrində düzəlişlərin edilməsi qərara alınıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda TQDK-nın 2010-cu ildə nəşr etdirdiyi "Azərbaycan dili" vəsaitinin "Fonetika", "Leksika", "Sözün tərkibi və söz yaradıcılığı" və "Əlavələr" (Orfoqrafiya və orfoepiya qaydaları haqqında) bölmələri müzakirə olunub.
Vəsaitin bu bölmələri üzrə bir neçə məruzə dinlənilib, mübahisəli görünən, redaktəyə ehtiyacı olan bəzi hissələrdə düzəlişlər edilməsi qərara alınıb.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Gəncə, Lənkəran, Şəki, Naxçıvan regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də onlayn şəkildə internet vasitəsilə videobağlantı əsasında iştirak edib və fikirlərini bildiriblər. Növbəti seminarda həmin vəsaitin "İsim", "Sifət", "Say" və "Əvəzlik" bölmələrinin müzakirəsi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB