Yanvar ayı ərzində sertifikasiya üzrə 4 test imtahan keçirilib

Yanvar ayı ərzində sertifikasiya üzrə 4 test imtahan keçirilib

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin 2011-ci ilin yanvar ayında 8 ixtisas üzrə 4 test imtahanı keçirilib.

SİA-nın xəbərinə görə, mama-ginekologiya, terapiya, pediatriya, oftalmologiya, anesteziologiya-reanimatologiya, ümumi cərrahiyyə, dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 170 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 157 nəfəri (92%) uğurlu nəticələr əldə edib.

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

Növbəti, revmotologiya ixtisası üzrə imtahan 02.02.2011-ci il tarixində keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə