Miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar tеst imtаhаnının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 30-da Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanın nəticələri saat 15:00-dan etibarən komissiyasının internet saytında yerləşdirilib.
Nəticələrə əsasən, imtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imtahana gəlməyib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıblar. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB