"Hazırlıq qruplarında oxuyacaq abituriyentlərə güzəşt olmayacaq"

"Hazırlıq qruplarında oxuyacaq abituriyentlərə güzəşt olmayacaq"

"Ali məktəblədə hazırlıq qruplarının yaradılması ilə bağlı müzakirələr aidiyyatı orqanlarda davam edir. Qaydalar təsdiq edildikdən sonra DİM onun tətbiq mexanizmi barəsində açıqlama verəcək". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, builki qəbul kampaniyası hələ ki, mövcud qaydalar əsasında keçirilir: "Hazırlıq qrupları ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra DİM qaydaların tətbiqinə həmin qaydaların qüvvəyə minmə tarixindən başlayacayaq".

M.Abbaszadənin sözlərinə görə, ümumiyyətlə, yaxşı olardı ki, yeni qaydalar sentyabr ayından qəbul edilsin: "Belə olan halda ki, həmin ilin abituriyentləri bu qaydaları əvvəlcədən bilir və biz də maarifləndirmə işini düzgün qura bilirik".

Hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdirildiyini deyən Şura sədr söyləyib ki, abituriyentlər bu balı topladıqlar zaman istəklərinə uyğun həmin hazırlıq qruplarında oxuyacaqlar: "Hazırlıq qruplarında təhsil aldıqdan sonra abituriyentlər yenidən qəbul imtahanlarında iştirak etməklə ali məktəblərə qəbul olunacaqlar. Ali məktəblərə hazırlıq qruplarının yaradılması təşəbbüsü ali məktəblərinin özündən də asılıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə