Növbəti imtahanlarda həkimlərin 96%-i uğurlu nəticələr əldə edib
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 26-da dermatovenirologiya və kardiologiya ixtisasları üzrə keçirilən test imtahanlarında 54 həkim iştirak edib.
İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 96% (52 nəfər) uğurlu nəticələr əldə edib.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilən 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə-müsahibəyə buraxılacaqlar. Növbəti revmotologiya ixtisası üzrə imtahan fevralın 2-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB