"Daha çox köçürmə halı aşağı nəticə göstərənlər arasında olur"

"Daha çox köçürmə halı aşağı nəticə göstərənlər arasında olur"

"Hər il buraxılış imtahanlarında köçürməyə yol verən 5-25 faiz nəzarətçi müəllimlərlə bağlı ərizələr göndərilir və onlar qara siyahıya daxil olur və həmin müəllimlər bir daha DİM tərəfindən həyata keçirilə imtahanlarda nəzarətçi kimi iştirak edə bilmirlər. Bu il isə 12 faiz nəzarətçi müəllim qara siyahıya daxil edilib". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 100 bala qədər nəticə göstərənlər arasında köçürmə halı daha çox olur: "Bu şəxslər heç nə bilmir və bir-birlərindən köçürüb yazırlar. Biz onların nəticələri barədə məlumat vermirik və nəticələrini ləğv etmirik. Çünki onların müsabiqədə iştirak üçün kifayət qədər balları olmur. Onların nəticələri ləğv etsək gərək minlərlə vətəndaşı qəbul edək, izah edək".

M.Abbaszadə qeyd edib ki, ləğv edilmə müsabiqəyə buraxılma zamanı olur. "Biz çalışırıq ki, eyni sinif şagirdlərini bir imtahan sinifində salınmasın. Amma bu gün sosial şəbəkələrdə qrup açırlar və bir yerə düşənlər görüşürlər. Onlar bilməlidir ki, onların nəticələri ləğv olunacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə