"Repititorlar düzgün dərs keçmək əvəzinə, qeyri-adi təkliflər edirlər" NARAZILIQ

"Repititorlar düzgün dərs keçmək əvəzinə, qeyri-adi təkliflər edirlər" NARAZILIQ

"Bu il 9-cu sinif buraxılış imtahanlarında imtahan standartının yalnız 30 faizi həyata keçirilib, 70 faizi may ayında keçiriləcək imtahanda tətbiq olunacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, nədənsə imtahanlardan sonra şagirdlər öz ballarını bilməkdə maraqlı deyillər. Onun sözlərinə görə, 9-cu sinif buraxılış imtahanlarında iştirak edənlərdən yalnız 26 min 856 nəfəri öz balını bilir. Qalan 12 mini heç öz balına baxmayıb. İmtahanlarda iştirak edənlərin 29 faizi öz yazısı ilə maraqlanmır".

M.Abbaszadə qeyd edib ki, Azərbaycanda biznes aparmaq üçün mühit genişdir: "Pullu xidmət göstərənlər bu bazarda satmaq istəyirlər. Noyabr ayında DİM tərəfindən nümunəvi suallarla bağlı çap edilən Abituriyent jurnalının satışı çox zəif oldu. Niyə müəllimlər bu jurnalda çap edilən nümunəvi suallar sualları uşaqlarla müzakirə etmirlər? Çünki repititorlar öz xidmətlərini satırlar. Bəzi müəllimlər abituriyent hazırlığı ilə bağlı kurslar açıblar, lakin onların təhsil səviyyələri yüksək deyil. Hətta bəzilərini araşdırdıqda onların qəbul imtahanlarında aşağı bal topladığı məlum olub. Lazımdırmı bu bizə? Niyə belə yollara əl atılır. Kurslarda dərs deyənlər əgər sizə qeyri- adi təkliflər edirlərsə, onlara inanmayın. Əgər müəllimlər istəyirsə ki, abituriyentlər yüksək bal toplaşıblar, o zaman şagirdlərə yaxşı, düzgün dərs keçsinlər. Onları pis yola sürükləməsinlər. Əks halda onların nəticələri ləğv olunacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə