"Hər il müxtəlif istiqamətlər üzrə çoxlu sayda imtahanlar keçirir. Bu imtahanlarda il ərzində 600 mindən artıq şəxs iştirak edir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bütün imtahanlarda əsas məqsədlərdən biri də onların təlimata uyğun şəkildə təşkil olunması, hər kəsə bərabər imkan yaratmaqla iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılmasıdır.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən kifayət qədər maliyyə vəsaiti sərf olunmaqla imtahan materiallarının, o cümlədən imtahan iştirakçılarının təhlükəsizliyinin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və beləliklə, onların hüquqları təmin olunur: " Lakin imtahanlarda iştirakçıların hüquqları ilə yanaşı vəzifələri də vardır. Bu vəzifələrin ən başlıcası tələb olunan imtahan qaydalarına əməl olunmasıdır. Çox təəssüf ki, zaman-zaman bəzi abituriyentlər qaydaları pozmağa cəhd göstərirlər və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur oluruq. Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur".
M.Abbaszadə qeyd edib ki, bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir: "Təbii ki, abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv olunur. Həmçinin, abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in nəticələri ləğv etmək hüququ var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB