20 tələbə imtahan nəticələrinə görə intihar etdi

20 tələbə imtahan nəticələrinə görə intihar etdi

Hindistanda Orta Təhsil Komissiyası tərəfindən keçirilən imtahanın nəticələri açıqlandıqdan sonra 20 tələbə intihar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fevral-mart ayları ərzində milyona yaxın tələbə imtahan verib, lakin onlardan 350 min nəfəri qaneedici nəticələr əldə etməyib. Nəticələrin aşağı səviyyədə olması valideyn-tələbə narazılığı yaradıb.

Daha sonra intihar hadisələri başlayıb.

Ölkənin təhsil naziri baş verənlərin qarşısının alınması istiqamətində nəticələrin yenidən qiymətləndirilməsi ilə bağlı tapşırıq verərək, imtahan nəticələrinin hər şeyin sonu olmadığını və intihar hadisələrindən uzaq olmalarını tövsiyə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə