BSU ilə Türkiyənin Ordu Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Türkiyənin məşhur Ordu Universitetinin nümayəndə heyəti – Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlu və Türk dili və ədəbiyyatı bölümü başqanı dos. İsmayıl Doğa Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Ordu Universitetinin Azərbaycan universitetləri arasında ilk əməkdaşlıq müqaviləsi məhz BSU ilə bağlanıb.
BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müqavilənin imzalanma mərasimindən əvvəl nümayəndə heyətinin Türkiyə Araşdırmaları Mərkəzində BSU-nun türkiyəşünas tələbələri ilə görüşü keçirilib.
İmzalanma mərasimini giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdullayev qonaqları salamlayıb və onlara bu dəvəti qəbul edib gəldikləri üçün səmimi təşəkkürünü bildirib: "Bizim bir qrup müəllimimiz bu yaxınlarda Ordu Universitetində təşkil olunmuş konfransda iştirak etmişdi. Mən bir daha rektora bizim nümayəndə heyətinə göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Elə o zaman da Ordu universiteti ilə biz belə bir ortaq fikrəgəldik ki, əlaqələrimiz daha sıx qurulmalıdırlar və bunun nəticəsidir ki, artıq bu gün əməkdaşlıq haqqında müqavilə imzalayırıq. Bizim artıq Türkiyənin digər tanınmış universitetləri ilə, Avropa universitetləri ilə sıx əlaqələrmiz var. Mənə elə gəlir ki, Ordu Universiteti ilə iş birliyi bizim müəllim və tələbələrimiz üçün də çox faydalı olacaq. İnanıram ki, bu müqavilə kağız üzərində qalmayacaq, gerçekləşdiriləcək və siz də bunun şahidi olacaqsınız".
Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlu dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, Bakı Slavyan Universiteti Azərbaycanda ilk əməkdaşlıq etmək istədiyimiz universitet idi. Bundan əvvəl biz Gürcüstan, Qazaxıstan və Qırğızıstan universitetləri ilə əməkdaşlıq etmişik. İndi isə Azərbaycanda sizlərləyik və burda olmaqdan da qürur və şərəf hissi duyuruq ".
Tədbir qarşılıqlı əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB