Nazirlik rəsmisi: “Fənlər üzrə kifayət qədər vakansiya olmadığından müəllimlərin işə qəbulu növbəti dərs ilində aparılacaq”
"Bir müddət öncə Təhsil Nazirliyinə müvafiq vakansiyalar təqdim olunub və onların hər biri nazirlikdə araşdırılıb. Kifayət qədər vakansiyalar olmadığı üçün yanvar ayında imtahanın keçirilməsini nəzərdə tutmuruq". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, yalnız bir fənn üzrə-gənclərin çağırışa qədərki hazırlıq fənni üzrə Bakı şəhər məktəblərində müəllimlərə ciddi ehtiyac yaranıb. Nazirlik rəsmisi qeyd edib ki, indi həmin fənn üzrə vakansiyanın qəbul təhlil edilib, araşdırılır: "Həmin fənn üzrə müəllimlərin qəbulu barədə qərar qəbul etmişik. Ancaq digər fənlər üzrə kifayət qədər vakansiya olmadığından qəbulu növbəti dərs ilində aparmaq qərarına gəlmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB