Nazirlik rəsmisi: “Azərbaycan kitabı nəşr tarixində ilk dəfə olaraq Fransada Qran-Priyə layiq görülüb”
Ölkədə son 5 il ərzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitab nəşri sahəsində mühüm işlər görülüb. SİA-nın xəbərinə görə, bu barədə nazirliyin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu məlumat verib. O bildirib ki, bu illər ərzində 500-ə yaxın kitab çap olunub.
Sektor müdiri qeyd edib ki, ötən il Azərbaycan kitabı nəşr tarixində ilk dəfə olaraq Fransada Qran-Priyə layiq görülüb. O vurğulayıb ki, bu kitab təcrübəli, müasir avadanlıqlarla təchiz edilmiş nəşriyyat, poliqrafiya müəssisə olan "Təhsil" nəşriyyatıdır. "Çərçivə" adlı kitabın müəllifinin özü olduğunu deyən nazirlik rəsmisi bildirib ki, bu ilk növbədə Azərbaycan nəşriyyat poliqrafiyasının, bu sahədə fəaliyyət göstərən ən müxtəlif peşə sahiblərinin son dərəcə böyük ustalıqlarından xəbər verir.
"Artıq Azərbaycan nəşriyyatları öz nəşrlərinin keyfiyyəti, məzmunu və mündəricəsi etibarı ilə dünyanın ən müasir ölkələrində, qabaqcıl nəşriyyat poliqrafiya müəssisələrinin kitabları ilə yarışmağa qadirdir. Azərbaycan bir çox hallarda qalib gəlmək bacarığına malikdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB