Məleykə Abbaszadə: “Biz artıq dəqiq cavab verə bilərik ki, kimin diplomu saxtadır kimin diplomu əsasdır” - MÖVQE
"Bizə diplomlarla əlaqədar çox saylı müraciətlər daxil olur və biz artıq dəqiq cavab verə bilərik ki, kimin diplomu saxtadır kimin diplomu əsasdır". Bu fikirləri SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, elektron sistem Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında əsasnamə"nin təsdiq edilməsi haqqında sərəncamından sonra TGDK tərəfindən həyata keçirilir: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən ölkəmizdə ali məktəblərə tələbə qəbulunu həyata keçirir. Bu zəmində Azərbaycanda 1992-ci ildən bu günə kimi kim ali təhsil məktəbinə imatahan veribsə və qəbul olubsa onun haqqında məlumat həmin elektron sistemdə var. Ümumiyyətlə biz o elektron sistemi ilkin olaraq universitetlərə qoşururq və eyni zamanda Maliyyə nazirliyinə. Çünki, həmin sistemdə 2 milyondan çox Azərbaycan vətəndaşı haqqında məlumat var və dövlət sifarişli yerlərlə bağlı Maliyyə nazirliyinə dəqiq və düzgün məlumat lazımdır".
TGDK sədri deyir ki, Təhsil Nazirliyi ali və orta ixtisas təhsil müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulması nəticəsində həmin təhsil müəssisələrinə müraciət edənlərin özləri haqqında məlumatları vaxtında, tam və düzgün əldə etməsini təmin edəcək: "Təhsil nazirliyini həmin sistemə qoşandan sonra 1992-ci ildən bu günə kimi ali məktəblərə qəbul olan və olmayan şəxslər diplomlarının saxta olmadıqlarını dəqiqləşdirmək üçün avtomatik olaraq bizə müraciət etməyəcək. Onların imkanı olacaq ki, rayon təhsil şöbələrində və aparatın işçiləri yoxlasın ki həqiqətən o tələbə müəyyən universitetdə oxuyub yoxsa yox. Mənə elə gəlir ki, təhsil sahəsində aparılan işlərin nəticələri göz qabağındadır və bu istiqamətdə mütəxxəsislərin sıx əməkdaşlığı daha da yaxşı nəticələrə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB