Qəbələdə könüllü qanvermə aksiyası keçirilib

Qəbələdə könüllü qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Mərkəzi Qan Bankının və onun Şəki bölməsinin iştirakı ilə 26 yanvar 2011-ci il tarixində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.

SİA-nın xəbərinə görə, aksiya zamanı 230 nəfər könüllü qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə